Karlos Keyruş Qana millisindən ayrıldı

01.10.2026

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qana Futbol Assosiasiyası ilə milli komandanın baş məşqçisi Karlos Keyruş müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.

İdman.Biz xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Tərəflər aparılan müzakirələrdən sonra belə qərara gəliblər. Bildirilib ki, bu addım Qananın, milli komandanın və Qana futbolunun maraqlarına uyğundur. Sonda Keyruşa gördüyü işə, peşəkarlığına, komandanın və gənc futbolçuların inkişafına verdiyi töhfəyə görə təşəkkür edilib.

Portuqaliyalı mütəxəssis 2026-cı il dünya çempionatında Qana millisinin baş məşqçisi olub və komanda ilə Afrika Millətlər Kubokunun seçmə mərhələsinə başlayıb. Lakin Qana Kot-d’İvuara (0:2) və Qambiyaya (2:4) məğlub olub. Nəticədə komanda qrupda sonuncu pillədə qərarlaşıb.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью