Karlos Pinto Pereira Ermənistanla sülh danışıqları barədə məlumatlandırılıb

02.12.2024

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Qvineya-Bisau Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və icmalar naziri Karlos Pinto Pereira Azərbaycan-Ermənistan münasibətləri və sülh danışıqları prosesi barədə məlumatlandırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda Karlos Pinto Pereira ilə birgə keçirilən mətbuat konfransında deyib.

Nazir diqqətə çatdırıb ki, qarşı tərəfə işğaldan azad edilən ərazilərdə aparılan bərpa-quruculuq işləri barədə də məlumat verilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью