Icma.az xəbər verir, sport24.az saytına əsaslanaraq.
İspaniyalı Karlos Visens "Lion"un "sükanı arxasına" keçə bilər. Sport24.az xəbər verir ki, bu barədə "Get Football News France" məlumat yayıb.
Mənbənin sözlərinə görə, 43 yaşlı mütəxəssis, Portuqaliyanın "Sportinq" klubuna keçməsi gözlənilən Paulo Fonsekanın yerinə ən real namizəddir.
"Lion"da baş məşqçi postuna digər namizədlər arasında Tiaqo Motta və Pyer Saj da var. Lakin sonuncu variant artıq gündəmdə deyil.
Karlos Visens 2025-ci ilin yayından 2026-cı ilin oktyabrına qədər "Braqa"ya rəhbərlik edib. Onun çalışdığı dövrdə "Braqa" Portuqaliya Kubokunun finalına və Avropa Liqasının yarımfinalına yüksəlib.
Qeyd edək ki, "Lion" hazırda Liqa 1-də 17 xalla üçüncü pillədə qərarlaşıb.