Karlsen qovulmasına səbəb olan şalvarını hərraca çıxardı Foto

20.02.2025

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Norveçli qrossmeyster Maqnus Karlsen dünya çempionatından qovulmasına səbəb olan cins şalvarını hərraca çıxarıb.

“Qafqazinfo” xəbər verir ki, o, bu barədə “X” hesabında məlumat paylaşıb.

“Cins şalvarımı hərracda satıram. Belə bir şey yazacağımı heç düşünməzdim. Bütün gəlir xeyriyyə proqramına gedəcək”, - Karlsen sosial şəbəkə hesabında yazıb.

Xatırladaq ki, qrossmeyster ötən il ABŞ-nin Nyu York şəhərində keçirilən rapid üzrə dünya çempionatından qovulub. Buna səbəb onun cins şalvar geyinməsi olub. 

Belə ki, Beynəlxalq Şahmat Federasiyası yarış üçün geyim forması müəyyənləşdirib. M.Karlsen isə buna əməl etməyib.
Əvvəlcə məşhur şahmatçıya geyimini dəyişməsi və cərimə ödəyərək geri dönməsi təklif edilib. Lakin norveçli qrossmeyster bundan imtina edib. Nəticədə o, yarışdan qovulub.



Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью