Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır. Bu günlərdə 14 yaşlı rusiyalı şahmatçı David Əhmədov sürətli şahmat üzrə həftəlik on
Rusiyanın, demək olar ki, bütün saytları bu oyunu şərh edib, çoxu da şahmatda supersensasiya adlandırıb.
Mütəxəssislər də qeyd edirlər ki, “çhess.com” platformasında İsveçrə sistemi üzrə keçirilən, yalnız beynəlxalq titulu olan şahmatçıların iştirak edə bildikləri bu blits turnirdə qrossmeysteri məyus etmək, doğrudan da, bir möcüzədir.
Əhmədov “Title Tuesday” (“Titullu çərşənbə axşamı”) turnirinin 2-ci turunda ağlarla oynayıb və 56-cı gedişdə 2831 xalla Beynəlxalq Şahmat Federasiyasının reytinq cədvəlinə liderlik edən, 2013–2023-cü illərdə şahmat tacının sahibi olan, sonra isə titulunu qorumaqdan imtina edən Karlsen üzərində qələbə qazanıb.
O, özünün 2368 reytinq xalı ilə FİDE ustasıdır, amma hələlik heç dünyanın ən yaxşı top-100-lüyünə də daxil deyil.
David peşəkar şahmatla 5 yaşından Soçidəki UGİM-də məşğul olmağa başlayıb.
Sonra Moskvada Anatoli Karpovun məktəbində və Botvinnik adına UGİM-də məşqlər edib. Müəllimi beynəlxalq qrossmeyster Stanuislav Novikovdur.
2022-ci ildən sürətli şahmat və blits üzrə həm şəxsi, həm də komanda yarışlarında iştirak edir.