Icma.az bildirir, GlobalInfo portalına istinadən.
Ermənistanda həbs edilən iş adamı Samvel Karapetyanın qardaşı oğlu, “Po-Naşemu” (“Bizim yol”) hərəkatının koordinatoru Narek Karapetyan amerikalı jurnalist Taker Karlsona müsahibə verib.
Globalinfo.az xəbər verir ki, bu barədə hərəkatın mətbuat xidməti məlumat yayıb.
Anons qısa başlıqla dərc olunub: “Tezliklə”.
Qeyd edək ki, erməni əsilli rusiyalı milyarder, “Taşir” Şirkətlər Qrupunun prezidenti Samvel Karapetyan iyunun 18-nə keçən gecə saxlanılıb.
İş adamına qarşı cinayət işi açılıb. O, hakimiyyətin ələ keçirilməsinə açıq çağırışda ittiham olunub.
Əliyar Xəlil
Globalinfo.az