Karluş Keyruş Qana millisindən ayrıldı

06.07.2026

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Karluş Keyruş Qana millisindən ayrıldı

Portuqaliyalı mütəxəssis Karluş Keyruş Qana millisinin baş məşqçi vəzifəsindən ayrıldığını açıqlayıb.

QOL.az xəbər verir ki, 73 yaşlı çalışdırıcı bu barədə sosial şəbəkə hesabında paylaşım edib. O, Qana Futbol Assosiasiyasına, futbolçulara, məşqçilər korpusuna və azarkeşlərə təşəkkürünü bildirib.

Keyruşun istefası komandanın dünya çempionatının 1/16 final mərhələsində Kolumbiyaya 0:1 hesabı ilə uduzaraq mübarizəni dayandırmasından sonra baş verib. Portuqaliyalı mütəxəssis cəmi üç aya yaxın bu vəzifədə çalışıb.

Qeyd edək ki, Karluş Keyruş bu ilin aprel ayında Qana millisinin baş məşqçisi təyin olunmuşdu.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью