Karnavala qatılmaq üçün vətəninə getdi Fotolar

06.08.2026

Icma.az bildirir, Axsham.az portalına istinadən.

Dünya ulduzu Rihanna doğma Barbadosda keçirilən karnavalda dəbdəbəli görünüşü ilə bütün diqqətləri üzərinə çəkib.

Axşam.az xəbər verir ki, müğənni ənənəvi "Crop Over" festivalının final tədbiri olan "Grand Kadooment Day" paradında iştirak edib.

Rihanna tədbirə yerli dizayner Loren Ostinin hazırladığı xüsusi karnaval geyimində qatılıb. Lələklərlə bəzədilmiş açıq rəngli obrazı firuzəyi, çəhrayı və qızılı kristallarla işlənib. Müğənninin böyük baş aksesuarı və rəngarəng lələklərdən hazırlanan qanadları da görünüşünü tamamlayıb.

Ulduz pərəstişkarları ilə ünsiyyət qurub, izdiham arasında rəqs edib və qardaşı Rori Fentiyə məxsus Aura qrupunun musiqiçiləri ilə birlikdə səhnə platformasında əylənib.

Rihannanın Barbados səfəri yalnız karnavalla bağlı olmayıb. O, tədbirdən bir neçə gün əvvəl yaxınlarının iştirakı ilə kiçik məclis təşkil edərək kiçik oğlu Riotun doğum gününü də qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью