GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Latviyada Polşa prezidenti Karol Navroçkinin səfəri zamanı qalmaqal yaranıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Sputnik” məlumat yayıb.
“Latviyaya gələn Polşa prezidentinə çirkli maşın verilib”, – deyə qeyd olunub.
Bildirilib ki, maşının fotosu tez bir zamanda internetdə yayılıb və mənfi şərhlər yazılıb.
Polşa Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb ki, nümayəndə heyətinin daşınması ev sahibi ölkənin məsuliyyətindədir.
“Həmin gün Riqada yağış yağırdı və hava limanında avtomobil yuma məntəqəsi yoxdur”, – deyə əlavə edilib.
Əliyar Xəlil
Globalinfo.az