Karpat hövzəsinin qədim sakinləri

15.06.2026

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Budapeşt, 15 iyun, AZƏRTAC

Yeni tarixi araşdırmalar Karpat hövzəsinin macarların IX əsrdə bölgəyə gəlişindən çox əvvəl müxtəlif xalqların və mədəniyyətlərin məskəni olduğunu göstərir.

AZƏRTAC xəbər verir ki, bu barədə Macarıstanın Daily News Hungary portalı məlumat yayıb.

Macar alimlərin fikrincə, ərazi minilliklər ərzində Avropanın ən mühüm miqrasiya və ticarət yollarından biri olub. Burada əvvəlcə daş dövrü icmaları, daha sonra isə keltlər, romalılar, german tayfaları, hunlar, avarlar və slavyan xalqları yaşayaraq, bölgənin etnik və mədəni xəritəsini formalaşdırıblar.

Tarixi mənbələrə görə, Roma imperiyasının süqutundan sonra Karpat hövzəsində siyasi vəziyyət tez-tez dəyişib. IX əsrin sonlarında ərazi əsasən frankların, bolqarların və Böyük Moraviya dövlətinin təsiri altında idi. Məhz bu dövrdə macar tayfaları bölgəyə köç edərək sonradan müasir Macarıstan dövlətinin əsasını qoyublar.

Bu tədqiqatlar Karpat hövzəsinin zəngin və çoxqatlı tarixini yenidən gündəmə gətirir.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью