Karpin istefa verdi

18.11.2025

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

Rusiya millisinin baş məşqçisi Valeri Karpin Moskvanın "Dinamo" klubundan ayrılıb.

Milli.Az xəbər verir ki, klubun mətbuat xidməti Karpinin komanda ilə yollarının rəsmən ayrıldığını açıqlayıb.

Hazırda "Dinamo" 17 xalla Premyer Liqanın turnir cədvəlində 10-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, Valeri Karpin 2025-ci ilin iyulundan etibarən Rusiya yığması ilə paralel olaraq "Dinamo"nun da baş məşqçisi vəzifəsini icra edirdi.

Tural
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью