Karqo sifarişləri niyə gecikir? RƏSMİ

04.02.2026

Icma.az, Metbuat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son günlər bir çox vətəndaş xaricdən sifariş etdiyi bağlamaların günlərlə, hətta həftələrlə gömrükdə saxlanıldığından şikayətlənir. Sosial şəbəkələrdə və müraciətlərdə bildirirlər ki, karqo şirkətləri bağlamaların artıq ölkəyə daxil olduğunu desə də, yüklər uzun müddətdir gömrük rəsmiləşdirilməsindən keçə bilmir. Bəs buna səbəb nədir? Xaricdən gələn karqolar niyə gömrükdə ləngiyir?

Dövlət Gömrük Komitəsindən Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, gömrük qanunvericiliyinin tələblərinə əsasən, poçt daşıyıcıları vasitəsilə sifariş edilən yüklər də gömrük orqanlarına bəyan edilməlidir:

“Son dövrlərdə edilən elektron sifarişlərin sayının kəskin artmasına paralel olaraq, bir sıra hallarda düzgün və dəqiq bəyan edilməyən və ya bəyan edilməyən bağlamaların həcminin artdığı müşahidə olunur.Gömrük orqanları tərəfindən mövcud vəziyyətin tənzimlənməsi və baş verən uyğunsuzluqların aradan qaldırılması istiqamətində işlər aparılır. Bu da öz növbəsində bəzi hallarda düzgün və vaxtında bəyan edilən bağlamaların buraxılış prosesinə təsir göstərir. Sifarişlərin daşınmasını və çatdırılmasını həyata keçirən daşıyıcı operatorlarla qeyd olunan hallar dəqiqləşdirilir və bu növ hallara yol verilməməsi tövsiyə olunur”.

Açıqlamada qeyd olunub ki, sifariş edən şəxslərdən yaranan halların nəzərə alınması və müvəqqəti xarakter daşıdığının diqqətə alınması xahiş olunur.

Sevinc İbrahimzadə / Metbuat.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью