Karrager: “Ruben Amorim “Mançester Yunayted” üçün fəlakətdir”

30.09.2025

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Liverpul”un keçmiş müdafiəçisi Ceymi Karrager hesab edir ki, “Mançester Yunayted” Ruben Amorimi istefaya göndərməlidir.

İdman.biz bildirir ki, komanda bu mövsüm keçirdiyi 6 oyunda 7 xal toplayıb və Premyer Liqa cədvəlində 14-cü pillədə qərarlaşıb.

“Düşünürəm ki, “Mançester Yunayted”in rəhbərliyi meydanda və meydandan kənarda o qədər çox səhvlər edib ki, indi baş məşqçini qovmaqla başqa bir səhvə də yol verdiyini etiraf etmək istəmir.

Amma bu həm klub, həm də Ruben Amorim üçün fəlakətdir. O, “Sportinq”də əla işləyirdi, perspektivli baş məşqçi kimi görünürdü.

Amma məncə, elə taktika “Mançester Yunayted” kimi ənənələri olan bir klub üçün düzgün seçim deyildi.
Baş məşqçi ilə bağlı nə qədər tez qərar versələr, hamı üçün bir o qədər yaxşıdır.

Təəssüf ki, biz sadəcə qaçılmaz olanı gözləyirik, çünki insanların işlərini itirməsini istəmirik. Ancaq bu, mümkün qədər tez başa çatmalıdır”, - Karrager bildirib.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью