Publika.az saytına istinadən Icma.az xəbər verir. “Liverpul”un əfsanəvi müdafiəçisi Ceymi Karrager karyerası boyunca nifrət etdiyi futbolçun
Publika.az xəbər verir ki, Karrager “Mançester Yunayted”in keçmiş müdafiəçisi Qari Nevilə nifrət etdiyini bildirib.
“Klublar arasında böyük rəqabət var idi, lakin o, emblemi öpdü və “Liverpul”lular haqqında bəzi sözlər dedi.
O, sadəcə azarkeşləri yerindən oynadırdı. “Mançester Yunayted” azarkeşi olsanız belə, Qari Nevill kimin vecinədir? O, sağ müdafiəçidir.
Heç kim sağ cinah müdafiəçiləri ilə maraqlanmır”, – Karrager deyib.
2006-cı ildə Qari Nevill “Mançester Yunayted”in “Liverpul” üzərində qələbəsini qeyd etmək üçün “Old Trafford”da mersisaydlı azarkeşlərin qarşısında qaçıb.
Bu sevincə görə futbolçu 10 min funt pul cəzasına məhkum edilib. Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.