Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Aprelin 2-də keçirilən “Memfis” – “Qolden Steyt” oyununda (125:134) maraqlı hadisə baş verib.
"Football-plus.az" xəbər verir ki, qonaqların oyun qurucusu Stefen Karri 52 xal toplayıb.
37 yaşlı amerikalı bununda da “Leykers”in ulduzu Lebron Ceymsi arxada qoyub.
İndi Karrinin hesabında 50 və daha artıq xal topladığı 15 oyun var. Lebron isə 14 belə oyun keçirib.
Karri bu göstəricidə “Miluoki”nin oyun qurucusu Damian Lillarda çatdırıb. Daha dəqiqi, Karri ilə Lillard MBA tarixində 6-cı yeri bölüşür.
Liqanın rekordu isə Uilt Çemberlənə məxsusdu. Onun 50 və daha artıq xal topladığını oyunların sayın 118-di.3 aprelVaşinqton – Sakramento 116