Karrik başqa klubda çalışa bilər

14.11.2026

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

“Mançester Yunayted”dən yeni ayrılan Maykl Karrik karyerasını İngiltərənin digər klubunda davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “TeamTalk” nəşrinin məlumatına görə, “Vest Hem” rəhbərliyi 44 yaşlı mütəxəssisi baş məşqçi postu üçün əsas namizədlərdən biri kimi nəzərdən keçirir.

Çempionşipdə mübarizə aparan London təmsilçisi cari mövsüm komandaya yeni gələn Skott Parkerin rəhbərliyi altında qənaətbəxş nəticələr əldə edə bilməyəcəyi təqdirdə Karrikin təyinatına üstünlük verməyi planlaşdırır.

Xatırladaq ki, noyabrın 12-də “Mançester Yunayted” Karriklə yollarını ayırmışdı.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью