Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İngiltərənin “Mançester Yunayted” klubunun baş məşqçisi Maykl Kerrik UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turunda “Sabah”a qalib gəldikləri (4:0) oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, ingiltərəli mütəxəssis qələbə qazandıqları matçı belə şərh edib:
– Əlbəttə, bir qədər şablon səslənə bilər, amma bizim üçün əsas məqsəd 3 xal qazanmaq idi. Qarşılaşmada çoxlu müsbət məqamlarımız oldu. Xüsusilə hücumdakı bəzi kombinasiyalarımız və futbolçularımızın hərəkətliliyi çox yaxşı alındı. Göstərdiyimiz oyunda bir sıra epizodlar həqiqətən də yüksək səviyyədə idi. Keçidlər zamanı rəqib üçün ciddi təhlükə yaradırdıq və ümumilikdə matçın böyük hissəsində müdafiədə də intizamlı çıxış etdik.
Kerrik “Sabah”ın oyun üslubunu yüksək qiymətləndirib:
– Rəqibə böyük hörmətlə yanaşmaq lazımdır. “Sabah” mübarizə aparmaq üçün həqiqətən çətin komandadır. Qısa ötürmələrlə bir-birləri ilə yaxşı əlaqə qururlar və topu geri qazanmaq üçün rəqibi daim yüksek tempdə işləməyə məcbur edirlər. Hesaba baxdıqda oyunun rahat keçdiyi təəssüratı yarana bilər, lakin qarşılaşma heç də asan alınmadı. Lakin düşünürəm ki, meydanda çox yaxşı mübarizə apardıq və nəticədə tamamilə layiqli qələbə qazandıq”.