futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Mançester Yunayted” rəhbərliyi baş məşqçi Maykl Karrikin mümkün istefası ilə bağlı planını dəqiqləşdirib.
Futbolpress.az xəbər verir ki, bu barədə “Sky Sports” nəşri məlumat yayıb. Mançesterlilər Karriklə yolları ayıracağı halda müvəqqəti mütəxəssis təyin etməyəcək, birbaşa daimi baş məşqçi ilə müqavilə bağlayacaq.
Çempionlar Liqasında “Roma” üzərində qazanılan 3:2 hesablı qələbə gərginliyi azaltsa da, Premyer Liqada 17-ci pillədə qərarlaşan klubda Karrikin gələcəyi sual altındadır.
Mümkün namizədlər arasında Yulian Nagelsmann, Fabian Hürtseler və Eddi Haunun adları çəkilsə də, hələlik rəsmi danışıqlar aparılmayıb. Noyabrın 8-də “Aston Villa”ya qarşı keçiriləcək oyun Karrik üçün həlledici sınaq hesab olunu.