Kart tarifləri vətəndaşlara şamil olunmur RƏSMİ

14.10.2026

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Azərbaycan Mərkəzi Bankının təsdiq etdiyi Banklararası Kart Mərkəzi (BKM) üzrə tariflər yalnız infrastruktura daxil olan iştirakçılara (banklar və ödəniş təşkilatlarına) tətbiq edilən komissiyalardır.
Bizim.Media xəbər verir ki, bunu AMB bəyan edib.
"Komissiyalar BKM sistemində emal olunan əməliyyatlara görə bilavasitə iştirakçı institutlardan tutulacaq, son istifadəçilərə (vətəndaşlara) bilavasitə şamil olunmur", - deyə açıqlamada qeyd olunub.
Xatırladaq ki, AMB-nin İdarə Heyətinin 15 sentyabr 2026-cı il tarixli qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqları təsdiq edilib.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью