futbolpress-az saytına istinadən Icma.az xəbər verir.
“Fənərbağça”nın baş məşqçisi İsmail Kartal Çempionlar Liqasının pley-off mərhələsində “Lion”a qalib gəldikləri oyundan (2:1) sonra fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis komandanın 18 il sonra əsas mərhələyə yüksəlməsiylə bağlı bunları deyib:
“Yaxşı hazırlaşırıq, yaxşı komandayıq. Uşaqlara inanırdıq, bunu bacaracağımızı bilirdik. Hər kəs çox sevinclidir. Futbolçular paltardəyişmə otağında musiqi oxuyur, bir-birinə su atır, qışqırır… hər şey çox gözəldir. Çempionlar Liqasında oynamağımız bizə əlavə motivasiya verəcək”.
ÇL-də əsas mərhələnin püşkü bu gün saat 20:00-da atılacaq.