Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Türkiyənin Bolu vilayətindəki Kartalkaya Xizək Mərkəzində hoteldə baş verən yanğın ilə bağlı hazırlanan ittihamnamə qəbul edilib.
Redaktor.az xəbər verir ki, ittihamnamədə 13 təqsirləndirilən şəxsə 1 998 ilə qədər, 19 təqsirləndirilən şəxsə isə 22 il 6 aya qədər həbs cəzası istənilib.
Xatırladaq ki, hadisə yanvarın 21-də gecə saatlarında baş verib. Hoteldə ümumilikdə 238 qonaq olub. Yanğın nəticəsində 78 nəfər ölüb, 50-yə yaxın şəxs xəsarət alıb.