Kartdan istifadənin müəyyən riskləri var İqtisadçı

18.08.2026

Icma.az, 525.az saytına istinadən bildirir.

"Kartdan istifadənin müəyyən riskləri var. Bu risklərin azaldılması istiqamətində daim iş aparılır. Kartdan vəsaitin oğurlanması halları olur. Bəzən bu, istifadəçilərin səhlənkarlığından, bəzən isə hakerlərin və dələduzların fəaliyyətindən qaynaqlanır".

Bunu iqtisadçı ekspert Elman Sadıqov 525.az-a bildirib. Ekspert vurğulayıb ki, təhlükəsizlik qaydalarına düzgün əməl edildikdə, kartdan pul oğurlanması riski nağd pulun oğurlanması riskindən daha aşağıdır:

"Nəticə etibarilə, bu gün dünyada nağd puldan istifadə əvvəlki qədər əhəmiyyətli hesab edilmir. Nağdsız ödənişlərin rolu daha yüksəkdir və düşünürəm ki, onların genişlənməsi həm iqtisadiyyat, həm də cəmiyyət üçün çoxsaylı müsbət nəticələr verir".

Sevinc Qarayeva 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью