Azxeber.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, Azərbaycanda aprelin 1-dən kartdan-karta pul köçürmələri üzrə yeni xidmət haqqı tarifləri müəyyən edilib.
Banklararası Kart Mərkəzində (BKM) emal olunan kartdan köçürmə və karta köçürmə əməliyyatları üzrə xidmət haqları köçürülən vəsaitin məbləğinə uyğun müəyyən edilib.
Milli valyutada həyata keçirilən əməliyyatlara görə aşağıdakı xidmət haqları tətbiq ediləcək:
100 manatadək köçürmələr – 3 qəpik;
100,01–1000 manat – 10 qəpik;
1000,01–10 000 manat – 50 qəpik;
10 000,01–40 000 manat – 2 manat;
40 000 manatdan yuxarı – 4 manat.
İqtisadçı Natiq Cəfərli AZXEBER.COM-a açıqlamasında deyib ki, tətbiq edilən komissiyalar bankların əlavə pul qazanmaq istəyindən başqa bir şey deyil:
"Kartdan-karta pul köçürmələrinə tətbiq edilən komissiyalar bankların əlavə pul qazanmaq istəyindən başqa bir şey deyil. Bundan daha yüksək tariflər də mövcuddur. Elə banklar var ki, kartdan-karta pul köçürmələri zamanı 500 manata qədər olan məbləğlər üçün 60 qəpik, 1000 manata qədər olan məbləğlər üçün isə 80 qəpik komissiya tuturlar. Bu, bankların özlərinə əlavə qazanc fürsəti yaratmasıdır. İnsanlar artıq kartdan-karta pul köçürmələrinə öyrəşiblər və banklar da bundan istifadə edərək öz qazanclarını artırmağa çalışırlar”.
Şahanə Ziyad