Kartdan karta ödənişlərdə tutulmalar Belə olacaq

14.10.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Azərbaycanda kartdan- karta pul köçürmələri üzrə yeni xidmət haqqı tarifləri müəyyən edilib.

“Qafqazinfo” xəbər verir ki, Hökumət Ödəniş Portalı üzrə göndərilən ödəniş sərəncamlarının icrasına görə tarif dərəcəsi aşağıdakı kimi olacaq:

- 100 manatadək köçürmələrdə – 3 qəpik;

- 100,01–1000 manat – 10 qəpik;

- 1000,01–10 000 manat – 1 manat;

- 10 000,01–40 000 manat – 4 manat;

- 40 000 manatdan yuxarı – 8 manat tutulma olacaq.

Dollarla edilən ödənişlərə də tarif dərəcəsi müəyyən edilib.

- 100 dollara qədər köçürmələrdə - 0.2 dollar;

- 100.1 – 1000 dollar – 0.5 dollar;

- 1000.1 – 10000 dollar – 2 dollar;

- 10000.1 – 40000 dollar – 10 dollar;

- 40000.1 dollardan yuxarı – 20 dollar tutulma olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью