Demokrat.az saytına istinadən Icma.az xəbər verir. Kart sahibləri arasında son dövrlərdə bank hesablarından izahsız çıxışlar və ödəniş probl
Belə hallarda ilk növbədə ödənişin təyinatına diqqət yetirmək vacibdir.
Məsələn, ilin sonunda BakuBus və Bakı Metropolitenində istifadə olunmuş, lakin hesabdan çıxılmayan məbləğlərin bir çox abonentin hesabından çıxıldığı, ödənişin isə təyinatının qeyd olunduğu bildirilib.Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən bank məsələləri üzrə ekspert Emin Kərimov bildirib ki, ödənişlərin niyə və hansı məbləğdə silindiyinə diqqət yetirmək, bu məlumatları yoxlamaq vacibdir:“Adətən belə hallarda banka müraciət edərək izahat tələb etmək lazımdır.
Eyni zamanda, ödənişi həyata keçirən qurumun və ya şirkətin ünvanını dəqiqləşdirmək vacibdir.
Əgər abunə olduğunuz saytlar, oyun, xəbər və ya alış-veriş platformaları qeydiyyatdan keçibsə və qanuni ödənişlər tutulursa, bunun izahı var.
Amma kartdan xırda, ünvansız və təyinatsız məbləğlər çıxırsa, banka müraciət edib araşdırma tələb etmək lazımdır.
Əgər bu hal davamlı baş verirsə, kartı bloklamaq məsləhətdir.
Belə izahsız çıxışlar kartınıza hücum edildiyini, məlumatlarınızın oğurlandığını və məbləğlərin az-az alınmasını göstərir”.Ekspert əlavə edib ki, qanuni ödənişlərdə həmişə təyinat göstərilir və ödənişin hara yönəldiyi görünür.