Kartdankarta ödəniş necə aşkarlanır? “Bu məlumatı vergiyə banklar ötürür” | Icma.az
Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin POS-terminal deyil, kartdan-karta köçürməsi hallarının qarşısının almaqda davam edir.
Nəzarət tədbirləri zamanı indiyədək 314 pərakəndə ticarət və iaşə obyektində nağdsız ödənişlərin qəbulundan imtina halları müəyyənləşdirilib, 50-dən çox sahibkarlıq subyektində POS-terminalların quraşdırılmadığı aşkarlanıb.Həmin sahibkarlıq subyektləri ilə bağlı protokollar tərtib olunub və maliyyə sanksiyalarının tətbiqi barədə qərarlar da qəbul edilib.Mövzu ilə bağlı "Yeni Sabah"a danışan hüquqşünas Əkrəm Həsənov bildirib ki, əslində, bu işdə vergi orqanının özü qanuni hərəkət etmir:“Bu vergidən yayınma sayılır və ticarət obyektləri buna görə cərimələnir.
Qanunvericiliyə əsasən, bu tip hüquqi şəxslərə müxtəlif sanksiyalar tətbiq edilir.
Amma mən başqa bir nüansa diqqət yetirmək istəyirəm.Vergi orqanı özü bir çox hallarda qanuni hərəkət etmir.
Kartdan-karta ödəniş o deməkdir ki, müştəri hansısa mağazaya gəlir, nəsə alır və ödəniş kassa aparatına deyil, şəxsi karta köçürülür.
Əslində, fərqi yoxdur, müştəri pulu çıxarıb sahibkara nağd şəkildə də verə bilər və bundan vergi qurumunun xəbəri də olmayacaq.
Belə çıxır ki, bu məlumatı Vergi Xidmətinə qanunsuz şəkildə banklar verir”.Ə.
Tam oxu
Xəbəri oxu