Kartla alış verişin bir çox üstünlükləri var Mütəxəssi rəyi

27.11.2026

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

“Onlayn bank xidmətlərinin həcmi, əhatə dairəsi genişləndikcə, nağdsız ödənişlərin də həcmi artmış olur. Bu isə təbii prosesdir. Kartla alış-veriş etməyin bir sıra üstünlükləri var. Məsələn, keşbek anlayışı var. Kartla alış-veriş edərkən həm bonus qazanırsan, həm də pulun bir hissəsi sonradan sənə geri qayıdır. Bu da insanların xoşuna gəlir”. 

İqtisadçı ekspert Natiq Cəfərli bunu 525.az-a deyib. İqtisadçı qeyd edib ki, pulun cibdən düşüb itməsi ehtimalı hər zaman böyükdür. Amma kartı itirərkən telefon vasitəsilə blok edirsən və yenisini ala bilirsən. Beləcə heç bir zərərə məruz qalmırsan. Bir sözlə, kartla alış-verişin bir çox üstünlükləri var. Ona görə də insanlar kartla bazarlığa daha çox üstünlük verirlər:

“Onu da deyim ki, Azərbaycanda kartla alış-veriş səviyyəsi hələ də çox aşağı səviyyədədir. Amma son illər kartdan istifadə halları çoxalıb. Hazırda ümumi ticarət dövriyyəsinin yarısını kartla alış-verişlər təşkil edir. Bu tendensiya pandemiya dövründə sürət aldı".

Sevinc Qarayeva 
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью