Kartla ödənişə üstünlük verənlərə XƏBƏRDARLIQ Özünüz hiss etmədən... | Icma.az
Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır. Son zamanlar kartla alış-veriş edənlərin sayı xeyli artıb.
Mərkəzi Bankın 2024-cü ilin avqust ayının sonu ilə bağlı açıqladığı göstəricilər əsasında apardığı təhlilə görə, ölkədə istifadədə olan ödəniş kartlarının sayı 18,5 milyonu ötüb.
Bu da o deməkdir ki, son bir ildə ölkədə ödəniş kartlarının sayı 18,5% və ya 2,9 milyon ədəd artıb.Xatırladaq ki, 2023-cü ilin sonunda ölkədə istifadədə olan ödəniş kartlarının sayı 16,9 milyon təşkil edirdi və bu, 2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə 24,2% və ya 3,29 milyon ədəd çox idi.
MÖVZU İLƏ BAĞLI:Nağdsız ödənişlərin həcmi 1,5 dəfə artıb - MƏBLƏĞLƏR Biraz da əvvələ getsək görərik ki, 2020-ci ilin yekununda Azərbaycanda istifadədə olan kartların sayı 9,6 milyon idi və hazırki rəqəmlərlə müqayisədə 2 dəfəyə yaxın azlıq təşkil edirdi.Bəs, kartla alış-veriş edənlərin sayının artmasının səbəbi nədir?İqtisadçılar hesab edir ki, bu sırf mənfəət və rahatlıq məsələsidir.
İnsanlar üzərlərində çox pul gəzdirməkdən ehtiyatlanaraq karta üstünlük verirlər.
Üstəlik, kartla alış-veriş əlavə qazanclar vəd edir.Amma bəzi mütəxəssislər belə düşünür ki, bu psixoloji məsələdir.
Araşdırmalar göstərir ki, kredit kartı istifadə edənlər, nağd pul istifadə edənlərə nisbətən 25-30% daha çox xərcləyirlər.Bu da o deməkdir ki, kartla alış-veriş etməyin insanın pul xərcləmə həvəsinə ciddi təsiri var.
Səbəb sadədir. Nağd pul istifadə edərkən hər dəfə pul xərclədikdə, fiziki olaraq pulun əllərindən çıxması insanlara itki hissi yaradır, bu d
Tam oxu
Xəbəri oxu