Kartlar ilə verilən kreditlər azalır

02.10.2026

Icma.az xəbər verir, Marja.az saytına əsaslanaraq.

Ev təsərrüfatlarına (əhaliyə) ödəniş kartları vasitəsilə verilmiş kreditlərin həcmi 31 avqust 2026-cı il tarixində 1 milyard 242,8 milyon manat olub.

Marja.az Azərbaycan Mərkəzi Bankının “Statistik bülleten”inin 2026-cı ilin avqust buraxılışına istinadən xəbər verir ki, iyulla müqayisədə göstərici 40,8 milyon manat və ya 3,4% artsa da, 2025-ci ilin sonundakı 1 milyard 299,4 milyon manatdan 56,6 milyon manat və ya 4,4% aşağıdır.

Ötən ilin avqustunda bu kreditlərin həcmi 1 milyard 411,3 milyon manat idi. İllik müqayisədə 168,5 milyon manat və ya 11,9% azalma qeydə alınıb.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью