Kartof bazarında narahatlıq səngimir | Icma.az
Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Gətirilən məhsul aşağı keyfiyyətli, yerli istehsal isə yetərli deyil İkinci çörək adlandırdığımız kartof ərzaq buğdası və düyüdən sonra dünyada ən çox istifadə olunan, gündəlik istehlak səbətinin əsasını təşkil edən və ərzaq təhlükəsizliyində əhəmiyyətli rol oynayan məhsullar sırasında əvəzsiz qidadır.
Kənd təsərrüfatında strateji önəm daşıyan yerli toxum ehtiyatlarının keyfiyyətinin sabit olmaması, toxumçuluq və emal sahələrində ciddi islahatlar aparılmaması səbəbindən isə idxal olunan toxumluq kartofa tələbat yüksəkdir.
Bu baxımdan son vaxtlar bazarlarda texniki kartof satılması ilə bağlı səslənən xəbərlər, təbii ki, sektorun inkişafına mənfi təsir edən amil kimi narahatlıq doğurmaya bilməz.
Bu məsələni bir qədər də konkretləşdirib deyə bilərik ki, ölkəyə gətirilən kartofun “texniki” olması, hətta heyvan yemi olan məhsulun insanlara satılması ciddi ictimai narazılıq yaradır.
Mütəxəssislər qeyd edirlər ki, rəsmi terminologiyada “texniki kartof” sözləri işlədilmir.
Mətbuatda və ictimai müzakirələrdə bu anlayış daha çox heyvan yemi və ya sənaye xammalı kimi nəzərdə tutulan, insanların qida rasionuna uyğun olmayan keyfiyyətsiz kartof məhsulu mənasında istifadə edilir.
Bununla belə, aqrar ekspertlər tərəfindən kartofun əsas kateqoriyaları arasında süfrəlik (ərzaqlıq) və çips, sənaye emalı üçün nəzərdə tutulan sortların mövcudluğu bildirilir.
Tam oxu
Xəbəri oxu