Icma.az, Marja.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
2026-cı ilin yanvar–iyul aylarında Azərbaycandan 77 min 408 ton kartof ixrac olunub. İxracın dəyəri 29 milyon 713 min dollar təşkil edib.
Marja.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə ixrac həcmi 6 min 577 ton və ya 9,3 faiz, dəyəri isə 1 milyon 571 min dollar və ya 5,6 faiz artıb.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bir ton kartofun orta statistik ixrac dəyəri 397 dollardan 384 dollara enib. Həcm artsa da, orta dəyər 3,4 faiz azalıb.