Kartof nə vaxt ucuzlaşacaq?

13.05.2025

Newscenter.az saytına istinadən Icma.az xəbər verir.


Kartof istehsalında xüsusi çəkisi olan Qazaxıstanda da bu məhsul növü üzrə qiymətlərdə artım müşahidə edilir. Ölkənin kənd təsərrüfatı naziri Aydarbek Saparov kartofun qiymətinin aşağı salınması istiqamətində görülən tədbirləri açıqlayıb.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, nazir mütəşəkkil təsərrüfatlarda kartof sahələrinin artırılmasının planlaşdırıldığını deyib.
"Şəxsi təsərrüfatlarda deyil, mütəşəkkil təsərrüfatlarda kartof becərilməsinin həcmi 9 min hektar artacaq. Ona görə də hesab edirəm ki, bu il kartofla bağlı problem olmayacaq, qiymətlər də aşağı düşəcək", - deyə Saparov bildirib.
Kənd təsərrüfatı nazirinin müavini Azat Sultanovun sözlərinə görə, payıza qədər əlavə kartof sahələrindən məhsul yığılacaq. O zaman qiymət aşağı düşməlidir.
Fuad Hüseynzadə
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью