Kartof qıtlığına qarşı sərt addım: Belarus müəssisələrinə cərimələr tətbiq olunacaq | Icma…
Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq. Belarusda kartof çatışmazlığı olan bütün pərakəndə satış müəssisələri cərimələnəcəklər.
Oxu.Az focus.ua-ya istinadən xəbər verir ki, qanunvericiliyə müvafiq dəyişiklikləri ölkə lideri Aleksandr Lukaşenko imzalayıb.
Qanun 210-8400 Belarus rublu (təxminən 110-4365 manat) arasında cərimələr müəyyən edir.
Sənədə əsasən, pərakəndə satış obyektlərində dövlət sifarişində nəzərdə tutulmuş tərəvəz məhsullarının olmamasına görə fiziki və hüquqi şəxslər üçün cərimə tətbiq olunacaq.
Qeyd edək ki, hazırda Belarusda yüksəkkeyfiyyətli kartof qıtlığı yaşanır.
Hökumət məsələni nəzarətə götürüb və tədarükçüləri süni qıtlıq yaratmaqda ittiham edir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu