Kartof sahəsinin atla şumlanmasına dair RƏSMİ AÇIQLAMA

02.02.2026

Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Sosial şəbəkələrdə Cəlilabad rayonunda kartof sahələrinin atlar vasitəsilə şumlanmasını əks etdirən görüntülər yayılıb. Videolar və fotolar kənd təsərrüfatında texniki təminatın səviyyəsi ilə bağlı cəmiyyətdə müzakirələrə səbəb olub.

KONKRET.az bildirir ki, məsələ ilə bağlı Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Rizvan Sabiroğlu “Yeni Sabah”a açıqlama verib.

Onun sözlərinə görə, yayılan görüntülərin dəqiq hansı ərazidə çəkildiyi məlum deyil:

“Cəlilabad rayonu tək-tək rayonlardandır ki,kənd təsərrüfatı texnikası təlabatdan artıqdır.

Fermerlərin kənd təsərrüfatı bitkilərinin becərilməsini necə və nə vasitəsi ilə aparması onların şəxsi seçimləridir.

İcra hakimiyyəti tərəfindən kənd təsərrüfatında mexanikləşmənin artırılması istiqamətində rolu yalnız bu sahədə təşviqatın aparılmasından ibarət ola bilər. Bütün kəndlərdə aparılan səyyarı görüşlərdə bu barədə söhbətlər aparılır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью