Kartof şirəsi ziyilləri qurudur?

18.11.2026

Icma.az, Medicina portalına istinadən məlumatı açıqlayır.




Dermatoloq Yelena Yutsmyutsun sözlərinə görə, təzə kartof şirəsi ziyillərin müalicəsində həqiqətən təsirli bir xalq təbabəti vasitəsidir.

Medicina.az xəbər verir ki, çiy kartof şirəsi güclü virus əleyhinə təsirə malikdir. Ziyilləri gündə iki dəfə bu şirə ilə müalicə etmək olar.

Yelena Yutsmyuts əlavə edib ki, bu üsul kiçik törəmələri aradan qaldırmağa kömək edə bilər. Daha böyük ziyillər tamamilə yox olmaya bilər, lakin kartof şirəsinin tətbiqi onları peşəkar tibbi müalicəyə qarşı daha həssas edə bilər. Mütəxəssis vurğulayıb ki, ziyillər peyda olduqda ən düzgün addım həkimə müraciət etməkdir.

Həkim ziyillərin yaranma səbəblərini də qeyd edib.


Aygün M


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью