Kartof, soğan, pomidor, xiyar... Qiymətlər kəllə çarxa çıxacaq

04.02.2026

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Qarlı və şaxtalı hava şəraiti kənd təsərrüfatına həm müsbət, həm də mənfi təsirlər göstərir. Uzunmüddətli şaxtalar xüsusilə açıq sahələrdə becərilən tərəvəz və meyvə bitkilərinin məhsuldarlığını azalda bilər. Qar örtüyü bəzi hallarda torpağı qoruyaraq rütubətin saxlanmasına kömək etsə də, kəskin temperatur enişləri bitkilər üçün risk yaradır. Nəticədə məhsul itkisi bazarda təklifin azalmasına səbəb olur. Bu isə bir sıra məhsulların qiymətlərində artım ehtimalını yüksəldir.
Bu barədə kənd təsərrüfatı üzrə ekspert Talıb Sadıqov Demokrat.az-a açıqlama verib. O deyib ki, şaxtanın getdikcə kəskinləşməsi bitkilərin hüceyrə strukturunu zədələyir, bu da məhsuldarlığın azalması ilə nəticələnir:
“Buna görə də meyvəçilik sahəsində risk daha yüksəkdir. Erkən çiçəkləyən meyvə ağacları şaxtaya qarşı həssasdır. Ərik, şaftalı, badam və gilas ağaclarında çiçəklərin və tumurcuqların donması yaz-yay mövsümündə məhsulun azalmasına səbəb ola bilər. Bu isə həmin meyvələrin bazara daha az çıxması və qiymətlərin yüksəlməsi ilə nəticələnir. Tərəvəzçilikdə isə açıq sahədə becərilən məhsullar birbaşa zərər görür. Xüsusilə kartof, soğan, kələm, kök, çuğundur və göyərtilər şaxtalı havalarda məhv olurlar. İstixanalarda yetişdirilən pomidor və xiyarın isə istilik xərcləri artır, bu da maya dəyərini yüksəldir və son qiymətə təsir edir. Meyvə və tərəvəz qiymətlərində bahalaşma qaçılmazdır”.
Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью