Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Kartof gündəlik qidalanmada geniş istifadə olunan məhsullardan biridir. Lakin mütəxəssislər bəzi kartofların sağlamlıq üçün təhlükəli ola biləcəyi barədə xəbərdarlıq edirlər.
Redaktor.az xəbər verir ki, dietoloq Nikol Dandrea-Russert və qida texnoloqu Mingvey Xu kartofun hansı hallarda istehlak üçün yararsız olduğunu açıqlayıblar.
Mütəxəssislərin sözlərinə görə, yaşıl və ya cücərmiş kartofdan istifadə etmək olmaz. Kartofda cücərtilərin və yaşıl ləkələrin yaranması onun günəş işığına məruz qaldığını göstərir.
Qida texnoloqu bildirib ki, belə hallarda kartofda solanin və çakonin adlı qlikoalkaloidlərin miqdarı arta bilər. Bu təbii maddələr yüksək konsentrasiyada zəhərli təsir göstərə bilər.
Dietoloq isə qeyd edib ki, kartofun cücərtiləri, yaşıl qabığı və “gözləri” daha çox zəhərli maddə ehtiva edir.
Mütəxəssislər xüsusilə cücərmiş kartofun istehlakından çəkinməyi tövsiyə edirlər.
Aytəkin TOFİQQIZI