Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Kartof hər mətbəxdə əsas ərzaqlardan biri olsa da, yanlış saxlanma nəticəsində tez cücərir, yumşalır və çürüyərək istifadəyə yararsız hala gəlir.
Bu, həm maddi itkiyə, həm də ərzaq israfına səbəb olur. Milli.Az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, bir neçə sadə vərdişlə kartof
Sərin, qaranlıq və havalandırılan yer seçin Kartofun saxlanmasında ən önəmli faktorlar sərinlik, işıqsızlıq və hava dövranıdır.
İdeal saxlanma temperaturu 7-10°C arasıdır. Zirzəmi və ya yaxşı havalanan qaraj kimi sahələr uyğun mühit yaradır.
Əgər bu cür yer yoxdursa, mətbəxdə işıq almayan sərin bir künc də yetərlidir.
İşıqdan qoruyun - yaşıl kartof təhlükəlidir İşıq təsirində qalan kartofda "solanin" adlı zəhərli maddə əmələ gələrək onu yaşıllaşdırır və acı dad verir.
Bu hissələr yeyilməməlidir. Saxlama üçün kağız torba, karton qutu və ya xüsusi nəfəs alan kartof qablarından istifadə tövsiyə olunur.