Karusel dağıldı: Millidə yeni təyinatlar

24.08.2026

Apasport saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gün Azərbaycan futbolu üçün əlamətdar gündür. 24 avqust tarixini ölkə idmanının bayramlarından birinə çevirmək lazımdır.

Azərbaycan futbolunun əsas problemlərindən biri olan “karusel” gün etibarilə dağıldı. Nəhayət ki, aşağı yaş qruplarından ibarət millilərimiz eyni 3-5 nəfərin rəhbərliyindən qurtuldu. Elxan Abdullayev, İlham Yadullayev və Aqil Nəbiyevin yığma karyerası rəsmən başa çatdı.

Onları ölkə futbolunun əfsanələrindən Mahmud Qurbanov, “Şəfa”nı çempion edərək Premyer Liqaya yüksəldən Elgiz Kərəmli, bir neçə klubda köməkçi məşqçi kimi çalışan Aleksandr Qross, “Qəbələ”nin U-19 və əvəzedicilərində uzun illər fəaliyyət göstərən Famil Xəlilov və “Neftçi”nin akademiyasında işləmiş Emin Mustafayev əvəzləyib. Hər biri bu sahədə sözünü demiş, məşqçi kimi özünü təsdiqləmiş mütəxəssislərdir. Onların aşağı yaş qruplarından ibarət yığmalara töhvə vermələri real görünür.

Ən azından bütün sistemi məhv edən “karusel” dağıldı. Ümid edirik ki, bundan sonra uğursuz olan məşqçilər istefaya göndəriləcəklər və onları yeni mütəxəssislər əvəz edəcəklər. 
 

Yusif İmanov 100-ə çatdı Mövsümdə ilk, “Neftçi” üçün 150-ci Zaur İsmayılov: “Komanda hələ tam formalaşmayıb” Vernidub: “Bütün məsuliyyət mənimdir” Azər Məmmədov: “Əsas məqsədimiz komandanın formadan düşməməsi idi”
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью