Karvan ev oyunlarını harada keçirəcək? Süni ot örtüyü...

29.04.2025

Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Ev oyunlarımızı Yevlaxda keçirəcəyik". 

Bu sözləri "Karvan"ın baş məşqçisi Kənan Kərimov apasport.az-a açıqlamasında deyib. 

Kərimov yeni mövsümdən komandanın doğma azarkeşlər qarşısında çıxış edəcəyini bildirib: 

"Çox güman ki, ev oyunlarımızı Yevlax şəhər stadionunda, öz azarkeşlərimiz qarşısında oynayacağıq. Rəhbərlik stadionun təbii ot örtüyünün süni örtüklə əvəz edilməsi barədə qərar qəbul edib. Yevlax azarkeşləri öz doğma komandalarını stadionda canlı izləyə biləcəklər. Bunun üçün çalışırıq".

Qeyd edək ki, "Karvan" Birinci Liqada cari mövsümün sonuna 4 tur qalmış Premyer Liqaya vəsiqəni təmin edib. 
 

Azərbaycan çempionatlarında son 11 mövsümün rekordu qeydə alınıb Vüqar Mustafayev Azərbaycan çempionatlarında yubiley matçına çıxıb “Neftçi” Azərbaycan çempionatlarında 1600-cü qolunu vurub Mahir Emrelinin bilək sümüyü qırılıb Vaqif Cavadov: "Başqa məşqçilərə belə suallar verə bilirsiz?"
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью