Karvan ilk dəfə darmadağın edildi, Kərimov rəqibi təriflədi layiqli qələbə qazandılar

11.05.2025

Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Karvan" 1-ci liqanın 25-ci turu çərçivəsində keçirilən oyunda "Zaqatala"nın meydanından böyükhesablı məğlubiyyətlə ayrıldı - 0:3.

Oyundan əvvəl Yevlax təmsilçisinin bu matç üçün favorit sayılması öz yerində. Komanda həm də 2-ci pillə uğrunda mübarizədə şanslarını artırmaq üçün qalib gəlməliydi. Lakin fələyin çarxı elə döndü ki, kollektiv çempionatda mövsümdə ilk dəfə üç top fərqiylə uduzdu.
Bunun səbəblərini araşdırmaq məqsədi ilə "Karvan"ın baş məşqçisi Kənan Kərimova müraciət etdik. Onun "Football-plus.az"a cavabı:

"Rəqib ələ düşən fürsətlərdən maksimum yararlandı. Bu da 0:3 hesabıyla uduzmağımıza səbəb oldu. Mövsümün sonuna az qalıb. Futbolçularım yorğundu. Həmçinin heyətdə rotasiyalar etmişdik ki, daim əsas heyətdə çıxış edən oyunçular dincəlsin. Şans qazanmayanlar isə futbol oynasın. Bu dəfə hansısa hakim səhvi olmadı. "Zaqatala" layiqli qələbə qazandı".

Xatırladaq ki, "Karvan" 46 xalla üçüncü pillədə qərarlaşıb.
KƏNAN BAHADIR
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью