Karvan ın yeni baş məşqçisi müəyyənləşib EKSKLÜZİV

31.03.2025

sport24.az saytına istinadən Icma.az xəbər verir.

"Karvan" elitaya yüksələcəyi halda yeni baş məşqçi ilə anlaşacaq. Sport24.az xəbər verir ki, artıq onun kimliyi də məlumdu.

Redaksiyamıza daxil olan bilgiyə əsasən, Yevlax təmsilçisinin sənəd üzərində çalışdırıcısı kimi Azər Məmmədov göstəriləcək. Ancaq o, Kənan Kərimovun əsas köməkçisi funksiyasını yerinə yetirəcək.

Buna səbəb Kərimovun elitada çalışmaq üçün lazımi məşqçi kateqoriyasının olmamasıdır. 

Qeyd edək ki, Məmmədov məşqçi karyerası ərzində daha çox Şahin Diniyevin köməkçisi kimi çalışıb. Baş məşqçi kimi isə "Zirə-2"nin və 2023/24 "futbol ilin"də iyundan noyabra qədər "Kəpəz"in "sükanı arxasında" olub.  

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью