Karvan israrlıdı ictimaiyyətin stadionla bağlı etirazı işə yaramadı

22.05.2025

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Məlum olduğu kimi, "Karvan" 2025/26 mövsümündə premyer-liqada mübarizə aparacaq. 1-ci liqada çıxış edən Yevlax təmsilçisi vaxtından əvvəl, dəqiq desək, "Cəbrayıl"ı qəbul etdikləri 23-cü tur matçında qələbə qazanmaqla (2:0) elita klublarının yarışına vəsiqə qazanıb.

İndi əsas sual komandanın ev oyunlarını keçirmək niyyətində olduğu Yevlax şəhər stadionunun süni, yoxsa təbii ot örtüyü ilə təchiz olunacağıyla bağlıdı. Düzdü, klub rəsmisi hələ mayın ilk günlərində "Football-plus.az"a verdiyi açıqlamada qazonun süni olacağını bildirib. Ancaq bu qərarın narazılıq yaratdığı da sirr deyil. Belə ki, həm xeyli sayda azarkeş, həm də mütəxəssislər bunun yanlış addım olduğunu bildirir.
Bəs, qərarın etirazla qarşılandığını görən klub rəhbərliyi məsələyə yenidən qayıda, daha doğrusu, fikrini dəyişə bilərmi? Bu sualla növbəti dəfə "Karvan"ın mətbuat xidmətinin rəhbəri Bəhruz Musayevə müraciət etdik. O, qərarda hansısa dəyişikliyin olmadığını dedi. Görünür, yevlaxlılar bu mövzuda israrlıdı.
KƏNAN BAHADIR

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью