Karvan Kabo Verde millisinin qapıçısı ilə razılaşıb

26.06.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Azərbaycanın "Karvan" futbol klubu yay mövsümündə ilk legioner transferini həyata keçirməyə yaxındır.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "Azerisport.com" nəşri məlumat verib.

Məlumata görə, yevlaxlılar qapıçı Enrike Tavareşlə razılaşıblar. Kabo-Verdedən olan 22 yaşlı qapıçı transferə razılıq verib.

Ötən mövsümü Enrike Tavareş "Ruse" ilə keçirib ki, bu komanda ilə Fransanın 5-ci liqasında birinci yeri tutub. Gənc qolkiper Kabo-Verde millisinə də çağırılıb. O, əvvəllər Portuqaliyanın gənclərdən ibarət komandasında (U-20) çıxış edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью