Karvan klubu növbəti transferini həyata keçirib

27.07.2025

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

2025/2026 mövsümündə Azərbaycan Premyer Liqasında oynayacaq "Karvan" klubu növbəti transferini həyata keçirib.

"Cebheinfo.az" Yevlax təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Şri Lanka millisinin üzvü Samuel Durrant ilə 1 illik müqavilə imzalanıb.

Yarımmüdafiəçi futbolçu karyerasına İngiltərənin “Liverpul” klubunda başlayıb. Daha sonra “Blakbörn”, “Dundalk” və “Connahs Quay” klublarında forma geyinib.

23 yaşlı oyunçu Şri Lanka millisində 7 oyun keçirib.

"Cebheinfo.az" 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью