“Karvan” klubunun apellyasiya şikayəti təmin edilməyib

11.12.2024

Icma.az, Report.az portalına istinadən məlumat verir.

“Karvan” klubunun apellyasiya şikayəti təmin edilməyib

I Liqanın VIII turunda baş tutan “Karvan” - “Qəbələ” matçında yaşananlara görə cəzalanan “Karvan”ın apellyasiya şikayəti təmin olunmayıb.

“Report” xəbər verir ki, bu barədə Apellyasiya Arbitraj Tribunalı qərar qəbul edib.

Noyabrın 27-də keçirilən matç bitdikdən sonra “Karvan” klubunun 7 nömrəli futbolçusu Bəhruz Teymurovun hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalanması, həmçinin “Karvan” klubunun 300 manat cərimələnməsi barədə AFFA-nın İntizam Komitəsinin 03 dekabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılıb.
Həmçinin Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyünün maraqlı tərəflərə izah edilməsi və qərarın tam mətninin 30 (otuz) gün ərzində hazırlanaraq tərəflərə göndərilmsi bildirilib.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью