Karvan Premyer Liqa təcrübəsi olan futbolçusu ilə yollarını ayırıb

29.12.2024

Report.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan I Liqasında çıxış edən "Karvan" klubu Premyer Liqa təcrübəsi olan futbolçusu ilə yollarını ayırıb.

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, müxtəlif vaxtlarda "Şamaxı" və "Sumqayıt"da çıxış etmş Xəzər Mahmudov Yevlax təmsilçisinin düşərgəsini tərk edib.

Onun müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.

Qeyd edək ki, "Karvan" turnir cədvəlində lider "Qəbələ"nin ardından 25 xalla ikinci sırada qərarlaşıb.

Bizim Telegram kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью