Karvan qapıçısı ilə bağlı yekun qərarını verdi | Icma.az
Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq. "Karvan" qapıçısı Kamran İbrahimovla bağlı yekun qərarını verib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, ötən mövsümü Yevlax təmsilçisində keçirən qolkiperin müddəti bu yay başa çatan müqaviləsi yenilənəcək.
İbrahimovun 1 illik anlaşmaya imza atacağı və məlumatın yaxın günlərdə ictimaiyyətə açıqlanacağı gözlənilir.
"Neftçi"nin yetirməsi olan 26 yaşlı qolkiper daha sonra "Kəpəz"in uğurları üçün də çalışıb.
Qeyd edək ki, "Karvan" 1-ci Liqada 3-cü yeri tutaraq Premyer Liqada oynamaq hüququ qazanıb.
Nihat Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu