Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Karvan" yeni mövsümdən premyer-liqada mübarizə aparmağa hazırlaşır. Bölgə təmsilçisi bugünlərdə Yevlax şəhər stadionunda təmir-bərpa işlərinə başlayıb.
Bu barədə "Football-plus.az"a klubun mətbuat xidmətinin rəhbəri Bəhruz Musayev məlumat verib. Onun açıqlaması:
"Paltardəyişmə və başqa otaqların təmir işlərinə başlamışıq. Yenilənmə işləri görüləcək. Məqsədimiz çalışmaları yeni "futbol ili"nin başlayacağı vaxta qədər bitirməkdi. Ot örtüyünün dəyişdirilməsi yubanır. Hazırda layihənin smeta dəyəri hesablanır. Bu proses tamamlanandan sonra həmin iş də görüləcək".
KƏNAN BAHADIR