“Karvan” və “İmişli” əvəzedicilər liqasında nə edəcək?

27.06.2025

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

AFFA İcraiyyə Komitəsinin bugünkü iclasında əvəzedicilər liqasının gələn mövsüm də keçiriləcəyi təsdiqləndi.

Məlumdu ki, bu liqada elitada çıxış edən klubların əvəzedici heyətləri oynayır. “Karvan”la “İmişli”nin isə akademiyası yoxdu. Bəs əvəzedicilər liqasında kim oynayacaq, necə oynayacaq? Bu sualın cavabını klub rəsmilərindən soruşduq.
Aqşin Mürsəlov, “İmişli”nin idarə heyətinin sədri:

“Hazırda dəqiq heç nə yoxdu. Qarşımıza tələb kimi qoyulsa, tələbi icra edəcəyik”,

Bəhruz Musayev, “Karvan”ın mətbuat katibi:

“İki-üç gün sonra rəhbərlik səviyyəsində iclas olacaq, bu məsələ də müzakirə olunacaq”.

MÜZƏFFƏR QULUZADƏ
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью